Stendal sindromu

Stendal sindromu psixoloji pozulma hesab olunur. Tez-tez ürək döyüntüsünün artımı, baş fırlanması, hallusinasiya halları bu sindromun xarakterik cəhətidir. Sindromun simptomları yalnız mədəniyyət obyektlərində deyil, həm də təbiətin hədsiz gözəlliyindən də ortaya çıxa bilir: bunlara təbiət hadisələri, heyvanlar, inanılmaz dərəcədə gözəl olan qadın və kişilər daxildir.

Sindrom necə əmələ gəlib?
Sindrom öz adını XIX əsrin məşhur fransız yazıçısı Stendalın ismindən götürülüb. Yazıçı 1817-ci ildə “Neapol və Florensiya: Milandan Recioya səyahət” kitabında Florensiyaya gəlib çıxdığını duyğusallıqla qələmə alıb:
Davamı →

Pika sindromu


Pika sindromu cox hallarda uşaqlıq hətta körpəlik yaşlarında başlayıb yetkinlik zamanlarınadək davam edən və daim təkrar edən bir davranış pozğunluğudur.Normal qidalardan xaric qida olmayan, müxtəlif maddələrə qarşı əmələ gələn yemə istəyi ilə özünü göstərir. Bu xəstələr zərərli ola biləcəyini bilsələr də özlərini bu maddələri yemə istəyindən uzaqlaşdıra bilmir. Çox vaxt bədəndə əksik olan dəmir, sink, fosfor,kalsium kimi maddələrin əksikliyi, bu davranış pozğunluğu ilə əvəz olunmaqdadır.

Bu xəstələr qidadan xaric maddələri yeyib-içməkdən özlərini çəkindirə bilməsələr də iştahlı bir şəkildə yeyirlər və zövq alırlar. Qələm uclarını gəmirən şagirdlərə, torpaq yeyən hamilələrə ya da saclarını udan uşaqlara ölkəmizdə heç də az rast gəlinmir. Sadəcə bunlarla bitmir hətta qum, kirəc, kağız, ip, silgi, sabun, torpaq, boya, neft, kley bu xəstələrdən örnəkdir. Bu sadalanan yeyilməyən, daxilə qəbul edilməyən maddələr o qədər çoxdur ki, saymaqla bitməz. Bu maddələr pika xəstələri üçün ən ləzzətli şirniyyat və ya tortdan daha-daha dadlıdır. Divardan qaşınmış bir ovuc dolusu mel parçası və ya yerdən alınmış bir ovuc dolusu palçıq və yaxud bir tutum saç…
Davamı →

Xanımlara xas psixoloji sindromlar

Hamımız klassiklərin əsərlərini oxumuşuq. Qadınların daha çox üstünlük verdiyi janr, əlbəttə ki, romantizm – sevgidir. Lakin bu əsəri oxuyandan sonra bəzi qadınlar özləri onların həyatını yaşamaq eşqinə düşürlər. Kiminsə həyatını yaşamaq heçdə insana asan başa gəlmir; əksinə, ideal kişi axtarışında olan qadın ona qovuşa bilmədikcə, özünə qapanır, depressiyaya uğrayır. Psixologiyada bir neçə sindrom varki, onları sizin nəzərinizə çatdırmaq istəyirik.


Anna Karenina sindromu
Klinik portret: “Məni heç kəs sevmir. İsterik davranış – mən dünyanın mərkəziyəm. Hamı məni sevməlidi, ama niyə belə olmur?! Birdən məndən daha yaxşısını tapar. Mən hiss edirəm, o, mənə xəyanət edir.” Əslində belə qadınlar pataloji qısqanclıqdan əziyyət çəkirlər. Özlərini çıxılmaz vəziyyətə salırlar. Çünki, realda onu atmaq istəyən olmayıb. Nəticədə özündə irrasional düşüncə formalaşdırır.
Davamı →